Hikmət Hacıyev Qətərdə görüşlər keçirib | YENİLƏNİB

Hikmət Hacıyev Qətərdə görüşlər keçirib |  YENİLƏNİB
  06 Dekabr 2025    Oxunub:1040
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd Əl-Misnadla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə o özünün "X" hesabında məlumat verib. O bildirib ki, görüş əsnasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal yeniliklər ətrafında müzakirələr aparılıb.

* * *

12:00
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərdə keçirilən Doha Forumu çərçivəsində bu ölkənin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnadla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə o özünün "X" hesabında məlumat yayıb:

"Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik".

AzVision.az


Teqlər: Prezident   nümayəndə   Qətər   görüş  



Xəbər lenti